Cəmiyyət

Nə şagird var, nə də müəllim... - Ancaq sinif jurnalında qiymətləri yazılır... - VİDEO

30 İyun 2023 14:59
Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu məktəbdə hamı bir birindən şikayətçidir. Müəllimlər direktordan, direktor da müəllimlərdən.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntüləri "Xəzər Xəbər"in vatsap xəttinə Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbin müəllimi çəkərək göndərib.

Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib.

"Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımır."

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun "qanun"larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb.

"Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə "qiyabi" oxuyan şagirdlərə qiymətlər yazıblar."

Haqsızlıqlara dözə biməyən müəllim aidiyyatı qurumlarla yanaşı "Xəzər Xəbər"ə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.