Cəmiyyət

Trend ekoloji maarifləndirməyə dair əyani vəsaitlərin hazırlığını başa çatdırıb - FOTO

17 May 2010 11:37
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Layihənin koordinatoru və ideya müəllifi Emil Hüseynli bazar ertəsi Trend-ə bildirib ki, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə üçün gerçəkləşdiriləcək layihənin birinci hissəsində nəzərdə tutulan əyani vəsaitlərin hazırlanması başa çatmaq üzrədir.

"Layihənin birinci hissəsində orta məktəblərdə ekoloji maarifləndirmənin aparılması üçün təbliğedici köynəklər, kepkalar hazırlanıb. Genefondumuzun bir hissəsi sayılan uşaqlara ətraf mühitin qorunmasını aşılamaq üçün hazırlanan təbliğedici vəsaitlər bu həftə Bakı, gələn həftə isə Gəncənin orta məktəblərində aşağı sinif şagirdlərinə paylanılacaq", - Hüseynli deyib.

Hüseynli bildirib ki, köynək və kepkalarda iki şüardan istifadə edilib. Birincisi, "Təbiətimiz sərvətimizdir!", ikincisi isə "Ətraf mühitə qayğı insanları qorumaqdır" adlanır.

Onun sözlərinə görə, layihənin ikinci hissəsində ekoloji maarifləndirmənin kütləviliyini təmin etmək məqsədilə videoçarxın çəkilişi nəzərdə tutulur.

"Videoçarx internet saytlarında və telekanalların reklam bloklarında yerləşdiriləcək", - Hüseynli əlavə edib.

Bu, Trend BİA-nın fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi ikinci layihədir. Birinci layihədə Trend BİA erməni vandalizmini, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film üç - Azərbaycan, rus və ingilis dillərində səsləndirilib. Film beynəlxalq təşkilatlara təqdim edilib, saytlara yerləşdirilib, Azərbaycan, Ukrayna, Türkiyə və Fransada təqdimatı keçirilib.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.