Cəmiyyət

Kainatdakı ilk qalaktikalardan birində üzvi maddələr kəşf edildi

7 İyun 2023 01:42
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ceyms Uebb orbital teleskopu Yerdən 12 milyard işıq ili uzaqlıqdakı kainatın ilk qalaktikalarından birində çoxlu aromatik karbohidrogen molekulları aşkar edib. Texasın A&M Universitetindən bazar ertəsi bildirilib ki, bu, alimlərə ilk dəfə böyük partlayışdan 1,5 milyard il sonra üzvi maddələrin necə yarandığını öyrənməyə imkan verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, astronomlar mürəkkəb üzvi birləşmələrin kainatın ən qədim qalaktikalarında belə mövcud olduğunu aşkarlayıblar. Alimlər Saat bürcündə və Yerdən təxminən 12 milyard işıq ili uzaqlıqda yerləşən SPT0418-47 qalaktikasını müşahidə zamanı Ceyms Uebb teleskopu tərəfindən toplanan məlumatları öyrənərkən bu kəşfi ediblər.

Qeyd edək ki, son vaxtlara qədər astronomlar üzvi birləşmələrin qalaktikada və bütövlükdə kainatda olduqca nadir olduğunu güman edirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.