Cəmiyyət

Qızıl bahalaşıb, bazarda durğunluq yaşanır - VİDEO

16 May 2023 16:36
Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının qızıl bazarında bahalaşma müşahidə edilir. Mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar da təsdiq edirlər ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.

Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.

Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtalya istehsallı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.

Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.