Cəmiyyət

7 yaşlı Fəridin ölümündə təqsirləndirilən Mehmanın anası: “Videodakı adam oğlum deyildi...” - VİDEO

7 May 2023 14:12
Baxış: 2 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı il təvəllüdlü Fərid Bakarovun Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq həyatını itirməsindən sonra təqsirləndirilən şəxsin anası da danışıb.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, M.Xəlilovun anası "Kanal S"ə açıqlamasında 7 yaşlı övladını itirmiş valideyn qarşısında bəş əydini bildirib:

"Övladımdır, cinayət edib, mən bundan başqa nə deyə bilərəm? Mehman iki gün idi ki, İsraildən gəlmişdi. Avropa çempionatından qələbə ilə gəlmişdi. Videoya mən də baxmışam, mənə pis təsir elədi. Övladını itirən ana qarşısında baş əyirəm. Lazım olsa, mən övladımı ona qurban edərəm. Mən o videoya baxmışam. Mən oğlumu tanıya bilmədim. Oradakı adam mənim oğlum deyildi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.