Cəmiyyət

Azərbaycan məscidlərində bayram namazı qılınıb

21 Aprel 2023 09:02
Baxış: 2 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb.

Milli.Az xəbər verir ki, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.

Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınıb.

Xatırladaq ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-ü qeyri-iş günləri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.