Cəmiyyət

Bakının bu yollarında sıxlıq müşahidə edilir - SİYAHI

19 Aprel 2023 08:40
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.