Cəmiyyət

Pomidorun qiymətinə yaxınlaşası deyil… - VİDEO

16 Aprel 2023 22:12
Baxış: 1 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaz fəslində qiyməti hər il normallaşan pomidor indi az qala qışdakı bahalı qiymətindən heç də fərqlənmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,təkcə marketlərdə yox, elə bazarlarda da bu tərəvəzin qiyməti 4 manatla 5 manat arasında dəyişir.

Adətən bölgələrdə tərəvəzlər paytaxta nisbətən ucuz olsa da, bu dəfə rayonlarda da vəziyyət Bakıdan heç də fərqli deyil.

Bölgələrdəki sahibkarlar deyir ki, ötən il məhsul bolluğu səbəbindən pomidoru dəyər-dəyməzə satdıqlarına görə bu il çoxları bu tərəvəzi yetişdirməkdən imtina edib. Bu da pomidorun qiymətinin bahalaşmasına gətirib çıxarıb. Qiymətlərdəki yüksəlmənin digər səbəbi isə istixana xərclərinin artmasıdır...

Qeyd edək ki, hazırda ölkə üzrə istixanalarda yetişdirilən pomidor təkcə daxili tələbat üçün istehsal edilmir. Bu məhsulun xarici ölkələrə ixracı da davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.