Cəmiyyət

Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO

11 Aprel 2023 16:12
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.

Bəzi müəssisələrin hazırladığı çörəyin tərkibində zərəli maddələr aşkarlanıb. Kif və maya göbələkləri aşkarlanan çörəklərin istehsalı dayandırılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda öz əksini tapıb.

AQTA-nın şöbə müdiri Ramazan Nəbiyevin sözlərinə görə , çörəkdə kif yaranmasının səbəbi istehsal zamanı sanitar normalara riayət olunmaması, məhsulun düzgün şəraitdə saxlanılmaması, çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə və çörəyin yarıçiy bişirilməsidir.

Ramazan Nəbiyev qeyd edib ki, 11 çörək məhsulunu istehsal edən müəssisələrdə yoxlamalar keçirilib.

Qastroenteroloq Sevindik Arazov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, çörəkdə olan kif göbələkləri insan sağlamlığı üçün çox təhlükəlidir. 

Onun sözlərinə görə, çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür.  Bu zaman çoxları sadəcə kifli hissəni kəsib götürsə də təhlükə bununla sovuşmur. Bəzi növ göbələklər isə əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.