Azərbaycanda su böhranı yarana bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mingəçevir su anbarında suyun səviyyəsi 16-17 metr aşağı düşüb. Belə davam edərsə, 2050-ci ilədək Azərbaycanda su böhranı yarana bilər. BMT-nin bununla bağlı proqnozları ürəkaçan deyil.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azərbaycan 27 il sonra su resurslarının daha 23 faizini itirə bilər.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, iqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb.
BMT-nın İnkişaf Proqramının proqnozuna görə, ciddi addımlar atılmasa, 2050-ci ilədək su resurslarımızın daha 23 faizi azala bilər.
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, su resurslarımızın azalmasının müxtəlif səbəbləri var. Onlardan biri suvarmada mütəmadi olaraq tətbiq edilən selləmə üsuludur. Bu zaman ciddi itkiyə yol verilir. Digər səbəb mövcud suvarma sisemindəki çatışmazlıqlardır.
Ənvər Əliyev bildirib ki, əkinə yararlı olmayan sahələrdə taxıl bitkilərinin əkilməsi də vəziyyəti qəlizləşdirir. Çünki belə bitkilərin əkini xeyli su tələb edir. Şöbə müdiri əlavə edib ki, vəziyyət ürəkaçn deyil, hətta Mingəçevir su anbarında suyun səviyyəsi sonuncu dəfə 60 il əvvəl bu qədər aşağı olub.
Ənvər Əliyev vurğulayıb ki, su problemi bölgələrdə yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə daha ciddi çətinliklər yaradacaq. O bildirib ki, bunun qarşısını almaq üçün ilkin növbədə müasir suvarma sistemlərinin tətbiqini genişləndirmək lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





