Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)" beynəlxalq proqram üzrə VII Respublika çempionatı keçiriləcək
27 Aprel 2012 17:27
Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il "SİFE" Azərbaycan nümayəndəliyi ilə birgə "SİFE" proqramı üzrə milli yarışlar keçirilir və qalib komanda Dünya kuboku yarışlarına ezam edilir. Hər il 700 nəfərdən çox tələbənin cəlb olunduğu 12-14 arası tələbə komandası 40-a yaxın layihə həyata keçirir. Milli yarışların qalibləri ölkəmizi Paris, Nyu-York, Sinqapur, Berlin, Los-Anceles və Kuala Lumpur kimi şəhərlərdə keçirilən Dünya kubokları yarışlarında təmsil ediblər. Komandalarımızın uğurlu göstəriciləri və təqdimatları əsasında Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universiteti "Spirit of SİFE" kubokları ilə təltif edilmiş, Gənclər və İdman Nazirliyi isə "Friend of SİFE" mükafatına layiq görülmüşdür.
"SİFE" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. Qalib komanda innovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən müəyyən edilir. Qeyd etmək lazımdır ki, "SİFE" proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır.
2011/2012 tədris ilində "SIFE" proqramına 12 komanda qoşulmuşdur. 27-28 aprel 2012-ci il tarixlərdə keçiriləcək respublika çempionatında komandalar tərəfindən 30 layihənin təqdimatı aparılacaq. Biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti "SİFE" meyarları əsasında qalibləri seçəcək. Qalib komanda ölkəmizi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək Dünya kuboku yarışında təmsil edəcək.
Əlavə məlumat üçün bildirək ki, "Tələbələr azad sahibkarlıq fəaliyyətində" (Students İn Free Enterprises - SİFE) beynəlxalq proqramın əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılmış və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya kuboku yarışı keçirilmişdir. 2005-ci ildən Azərbaycan "SİFE" proqramına qoşulmuş, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Dünya üzrə "SİFE" proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulmuşdur.
"SİFE" proqramı üzrə yarışların keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir.
"SİFE" proqramı çərçivəsində tələbə komandaları tədris ili ərzində biznes, təhsil, sosial, ekologiya sahələrini əhatə edən layihələri icra edir və milli yarışda fəaliyyətlərinin təqdimatlarını aparır. Proqramın üstün meyarları ondan ibarətdir ki, tələbələr təhsil aldığı müddətdə nəzəri biliklərini praktikada tətbiq etmək imkanını əldə edir, biznes etika, maliyyə idarəçiliyi, liderlik, natiqlik və komandada işləmək kimi təcrübəyə yiyələnirlər. Həyata keçirilən layihələr sayəsində sahibkarlıq fəaliyyətinin əsaslarına dair gənclərin zəruri bilik və bacarıqları artır, eləcə də gənclərin özünəməşğulluq imkanlarının inkişaf etdirilməsi üçün şərait yaradılır.
Proqramın əsas tələbi ondan ibarətdir ki, gənclər öz bilik və bacarıqları ilə digər insanlarla bölüşməlidirlər. Bu "SİFE" proqramının ictimai fəlsəfəsindən irəli gəlir: "Mənə balıq verin ki, ac qalmayım! Mənə balıq tutmağa öyrədin ki, ömürlük ac qalmayım!".
"SİFE" proqramı üzrə VII respublika çempionatının açılış mərasimi 27 aprel 2012-ci il tarixdə saat 10.00-da Monolit Plaza otelində keçiriləcək. Ünvan Bakı şəhəri, Mikayıl Muşviq küç, 2A (Badamdar qəsəbəsi). Əlaqə telefonu: 465 21 55.

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qarpız ucuzlaşdı: Bazarlarda son qiymətlər
-
Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir
-
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir
-
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
-
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi
XƏBƏR LENTİ
-
Elnur Valehin qızından təsirli paylaşım - VİDEO
-
Qarabağda son bir həftədə nə qədər mina təmizlənib?
-
Qəfil vəfat edən aktrisa Ece İrtemin anası ilə son görüntüləri - VİDEO
-
UFC Fight Night Baku turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gözlənir
-
Şəmkirdə körpə xəstəxanaya aparılarkən yolda öldü
-
Azərbaycanda qarpız ucuzlaşdı: Bazarlarda son qiymətlər
-
Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
-
Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir
-
Kristian Bujeau vəfat etdi - FOTO
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
-
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir
-
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
-
Nizami rayonunda sexdə yanğın oldu - VİDEO
-
Akopyan ABŞ-də Ermənistanı birinci xanım qismində təmsil edəcək
-
SpaceX-in 2 trilyon dollarlıq dəyəri: Kosmos nəhəngi real biznesdir, yoxsa köpük?
-
Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir
-
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi başladı
-
Yasamal və Nəsimi rayonlarında qaz kəsiləcək
-
Neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 9 küçəsində tıxac var