Cəmiyyət

"6 mərtəbədən hündür binaların tikintisi qadağan edilsin"

24 Fevral 2023 11:50
Baxış: 4 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvəllər çox ciddi nəzarət var idi. Təəssüflər olsun ki, hazırda Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Düşünürəm ki, 5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, binalar seymsik izalyatorlar əsasında tikilməlidir.

Onun fikrincə, mövcud binlara bu avadanlıqlar yerləşdirilməlidir. "Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlər nəzarət etməsək, Azərbaycan ərazisində, xüsusilə Gəncə ərazisində böyük fəlakətin olma ehtimalı var", - deyə deputat əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.