Cəmiyyət

Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı Türkiyə mediasında xəbər oldu

19 Fevral 2023 20:28
Baxış: 2 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azərbaycanlılarla bağlı sujetlər yayımlanır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu dəfə qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı xəbər olub.

Xəbərdə bildirilir ki, qardaş ölkə Azərbaycan zəlzələnin ilk anından bütün imkanlarını səfərbər edib:

"Azərbaycan xalqı zəlzələ bölgəsinə yardım göndərməkdə davam edir.

Azərbaycanda yardım toplama mərkəzinə gələrək qızının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan şəxsin sosial şəbəkədə görüntüləri gündəm olub.

Qızının cehizini göz yaşları içində Türkiyəyə göndərən şəxsin videosunu seyr edənlər də buna kövrəlmədən baxa bilmirlər", - deyə xəbərdə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.