Bakının seysmik riskli ərazilərinin müəyyən edilməsi üçün seysmoloji xəritəsinin hazırlanması prosesi davam edir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumatda deyilir ki, xəritə üzərində iş gedir: "Bu uzun çəkən prosesdir. Hazırda xəritənin hazırlanması prosesi davam edir. İşin həcmi böyük olduğundan xəritənin nə vaxt tam hazır olacağı məlum deyil", - qurumdan bildirilib.
Qeyd edilib ki, artıq Bakının rayonlarının bir hissəsinin xəritəsi işlənib hazırlanıb:
"Digər ərazilərin işlənməsi prosesi də aparılır".
Xatırladaq ki, Bakının seysmoloji xəritəsinin hazırlanmasına 2012-ci ildə start verilib.
Milli.Az