Bu məktəblər bağlanacaq - "Rasionallaşma"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərin ən aktual mövzularından biri məktəlbərin rasionallaşdırılması (optimmalaşdırma, bağlanma, birləşdirilmə və s. adlandırmaq olar) məsələsidir.
İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Hazırda Azərbaycanda 4 400-ə qədər məktəb binası var və ucqar kənd məktəblərində ciddi şagird azlığı müşahidə olunmaqdadır.
Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamalarında zaman-zaman bu məsələni qabardıb.
Emin Əmrullayev: "Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var".
Emin Əmrullayev ən son açıqlamasında isə qeyd edib: "Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1,2,3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq".
İndi gündəlikdə olan məsələ az şagirdi olan məktəblərin birləşidirilməsi məsələsidir. Bu isə özlüyündə bir çox sualları ortaya qoyur.
Bir məktəbin bağlanması həmin məktəbdə təhsil alan şagirdləri deyil, həmçinin işləyən müəllimlər, texniki heyət və digər işçiləri də narahat edir.
Nəzəriyyədə hər şey ideal görünsə də, praktikada bu məsələ olduqca qəlizdir. Nazirliyin planı ondan ibarətdir ki, şagir sayı çox az olan məktəbləri ləğv edib, həmin şagirləri digər məktəblərə köçürmək. Bu da öz növbəsində bir xeyli vəsaitin israf olunmasının qarşısını alacaq.
Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata (2 470 dollar) başa gəlir. Bu orta rəqəm, sözsüzki, kənd məktəblərində daha yüksəkdir. Çünki dövlət 3-4 uşaqdan ibarət sinifə görə müəllimlərə vəsait ödəyir, şəhər məktəblərində isə şagir sayı qat-qat çoxdur. Sadə formada desək 3-4 uşağa dərs deyən müəllimə də, 25-40 uşağa dərs deyən müəllimə də eyni əməkhaqqı hesablanır.
Məktəblərin rasionallaşdırması da bu halın müəyyən qədər qarşısını alacaq. Bəs bağlanacaq (rasionallaşdırılacaq) məktəbin müəllim və işçi heyəti necə olacaq - bu isə ciddi sual altındandır. Nazirlik bu məsələyə hələki heç bir aydınlıq gətirməyib.
Müqayisə üçün qonşu ölkələrdə bir şagirdə xərclənən illik vəsaiti təqdim edirik:
1. Azərbaycan - 2 470 dollar
2. Türkiyə 4 859 dollar
3. Rusiya 5 382 dollar
Ümumilikdə isə inkişaf etmiş ölkələrdə orta hesabla ibtidai sinif şagirdinə ildə 11 900 ABŞ dolları xərclənir. Daha yüksək təhsil səviyyələri üçün xərclər artır: orta məktəb şagirdi üçün 13 300 ABŞ dolları, ali məktəb tələbəsi üçün isə 20 500 ABŞ dolları xərclənir.
Digər bir çatışmazlıq isə təhsilin əl çatanlığı ilə bağlıdır. Nazirliyin təqdim etdiyi strategiyaya əsasən şagird sayı çox az olan məktəblər birləşdirildi, 3-4 kənd üçün bir məktəb yaradıldı. Həmin kəndin şagird yeni məktəbə getmək üçün ortalama 3-4 km (bəzən daha çox) məsafə getməli olacaq.
Şagirdlərin bir məktəbdən başqa bir məktəbə köçürülməsi onları dərslərindən uzaqlaşdırılma ehtimalını da artırır. Tanımadıqları müəllimlərin dərslərində oturmaq onlar üçün asan olmayacaq. Məktəblərin birləşdirilməsi valideynlər üçün də problem yaradır. Çünki bu zaman məsafə fərqi yaranır, bu da valideyn üçün sual doğurur ki, uşağını məktəbə apara biləcək ya yox.
Ümumilikdə bu addım özlüyündə təhsilin əlçatanlığının azaldılmasına gətirib çıxara bilər. Digər tərəfdən Azərbaycanda kəndlərin şəhərə axışdığını nəzərə alsaq, bu təşəbbüs prosesi daha da sürətləndirə bilər. Əgər kənddə məktəb də yoxdursa, orada yaşamaq əlavə olaraq da çətinləşəcək.
Asif Mehman
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib





