Şou-biznes

Aygün Röya ilə görüşündən danışdı

4 Dekabr 2025 11:01
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla baş tutan görüş barədə açıqlama verib.

Milli.Az xəbər verir ki, Pop diva səmimi fikirləri ilə diqqət çəkib.

Kazımova bildirib ki, onların görüşü təkcə sənət adamları üçün deyil, həm də fanatları və komandaları üçün sevindirici addımdır:

"Röya ilə görüşümüz həm mənim komandamı, həm də fanatlarımı çox sevindirdi. Eyni hissləri yaşadığımıza əminəm. Bu, bizim ikinci 'göyün yeddinci qatında' baş tutan görüşümüz idi. Sevənlərimiz görəcəklər ki, qarşıda gözəl layihələr var, İnşallah. Sadəcə gözləyin".

Pop diva bu görüşün şou-biznes üçün müsbət mesaj daşıdığını vurğulayıb:

"Bu görüş sənətimizə gözəl sevgi mesajı olsun. Dostluq, birlik və sevgi ilə hamıya örnək olaq".

Qeyd edək ki, sənətçilərin yenidən bir araya gəlməsi sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.