Hadisə

Gecə 11-də qapısını döyən şəxsi öldürdü, 11 il həbs olundu

4 Dekabr 2025 14:29
Baxış: 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham edilsə də, məhkəmə onun daha yüngül maddə olan 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. 47 yaşlı kişi 11 il həbsə məhkum edilib.

Bildirilib ki, hadisə bu ilin mayında Sığırlı kəndində münaqişə zəminində baş verib. Həmin gün gecə saat 23 radələrində 1966-cı il təvəllüdlü Hafiz Cümşüd oğlu Nuriyev Fəqan Əzizovun yaşadığı evə gələrək qapını döyüb. O, həmkəndlisindən narkotik vasitə istəyib. Lakin Fəqan onda narkotik olmadığını deyib. Daha sonra tərəflər arasında münaqişə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.