Qar, külək gəlir, temperatur 8-10 dərəcə enəcək: məktəblər bağlanacaqmı? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevral ayının 7-si axşamdan başlayaraq həftə sonunadək ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Havanın temperaturunun 8-10 dərəcə aşağı enəcəyi bildirilir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, kəskin hava şəraitinin bir neçə gün davam etməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi isə qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edib.
Bəs görəsən, havanın kəskin olduğu günlərdə məktəblərdə əyani təhsil dayandırılacaqmı? Nəzərə alınsa ki, hazırda əhali, xüsusilə azyaşlılar arasında müxtəlif respirator viruslar yayılıb. Həkimlər də qeyd edirlər ki, havaların soyuq olduğu vaxtlarda viruslar çoxalır, xəstəliklər daha da artır. Onu da nəzərə çatdıraq ki, valideynlərin sözlərinə görə, havanın soyuq olduğu vaxtlarda məktəblərdə istilik kifayət qədər olmur. Hətta müəllimlər şagirdlərə üst geyimində oturmağı tövsiyə edirlər.
Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı dedi ki, ekoloji proqnozlar əvvəlcədən bəlli olduğuna görə məktəblərdə istiliklə təchizat, ümumilikdə diqqətin daha da gücləndirilməsi ilə bağlı məsələlər gündəlikdə olur: "Harada ki istiliklə bağlı qazanxanalarda problemlər olur, orada öncədən tədbirlər görülür. Təmir işləri aparılır. Ölkənin ayrı-ayrı bölgələrində istiliklə bağlı problemlər olarsa, ora əməkdaşlar cəlb edilir. Bir fakt da var ki, soyuq havalarda tədrisə cəlb olunmada bəzən azalma müşahidə olunur. Uşaqlar məktəblərə daha az sayda gəlirlər. Amma məktəblərin bağlanması ilə bağlı məlumat yoxdur. Bununla bağlı hər hansı bir tapşırıq, yaxud göstəriş verilməyib".
Nazirlik rəsmisi əlavə edib ki, son günlər uşaqlar arasında müxtəlif virus xəstəlikləri genişlənib və bu halda tövsiyə olunur ki, uşaqlar ev şəraitində müalicə alsınlar, həkim nəzarəti altında olsunlar: "Çünki sağlamlıq daha vacibdir. Ötənlərdə bununla bağlı mediada nazirlik adından açıqlama yaymışıq. Yenə də təkrar edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
XƏBƏR LENTİ
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı





