Cahangir Novruzov da zəlzələdən zərər gördü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məlum fəlakətlə bağlı Adanada bir kənddə qohum evində müvəqqəti məskunlaşmışıq. Həyət evidir, nisbətən təhlükəsizdir".
Bu fikirləri "Azərbaycanın Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.
Cahangir Novruzovun sözlərinə görə, zəlzələ təhlükəsi yenə də gözləndiyi üçün bir neçə gün Adana əhalisi çox mərtəbəli yaşayış evlərinə buraxılmaya bilər: "Bizim binamız 11 mərtəbəlidir, zəlzələyə dayanıqlı olduğu bildirilir. Amma Adanada 16-17 mərtəbəli binalar çökdü.
Çox böyük faciədir. Həmin binalardakı insanların aqibəti məlum deyil. Mən də ailəmlə, nəvəm Cəfərlə buradayıq. Çox ailələrin elektrik enerjisi, təbii qazı kəsilib. Su və qida var. Hələ nə vaxt evimizə buraxılacağıq, məlum deyil".
C.Novruzov deyib ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları onunla əlaqə saxlayıb, vəziyyətilə və azərbaycanlı tələbələrlə maraqlanıblar: "Şükür ki, tələbələrimizin az qismi Azərbaycandan geri qayıdıb. Onlar imtahanlarını verib, tətilə buraxılmışdılar. Çoxu hələ Azərbaycandadır. Tələbələrimiz təhlükə sovuşduqdan sonra geri dönərlər".
Professor onu da qeyd edib ki, təbii fəlakət Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunu, qardaşlığını br daha təsdiqləyib: "Yenə də öncə dəstək təklifi Azərbaycandan gəldi. Dost dar gündə tanınar. Biz Azərbaycanın humanist davranışına görə burada başıuca gəzirik və buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik.
O, vəziyyətlə bağlı danışıb, deyib ki, bu gecə də pis şeylər yaşaya bilərik.
"Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orda bir yarım qatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər, bura toplanmış 5-10 ailə oturacağıq səhərə qədər. Səhər saat 4-ə yaxın zəlzələ çox güclü oldu, təxminən 1 dəqiqə 40 saniyə çəkdi. Bu böyük bir zəlzələdir. Maraş, Nur dağı var, o tərəflərdə oldu. Bizdə hardasa 7.2 - 7.4 oldu, amma çox güclü gəldi. Düzdür, bizim ev daha dayanqlıdır, deyirlər, 9 bal gücündə zəlzələyə dözür. Deyilənə görə, yenə ağır zəlzələ olma ehtimalı ola bilər. Adanada 3-4 bina çöküb, altında nə qədər insanlar... - öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi budur ki, dünən gecə sel kimi yağış yağdı. O insanlar xilas edilsələr də, sətəlcəmdən ölə bilərlər.
Biz pis deyilik, ailəmiz qorxub, nəvəm yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun hamıya", - V.Ayan xalq artisti Cahangir Novruzovun sözlərindən sitat gətirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)





