Sürücülərin eşitməkdən ən çox qorxduğu cümlə - Sür orada aydınlaşdırarıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı yollarında sürücülərin əsəblərini korlayan, stresə salan bir çox məqam var. Buna təcrübəsiz sürücülərin etdiyi kobud səhvlər və qəza şəraiti, saatlarla tıxacda qalmaq, parkinqlərdə yer tapmamaq, yolu ürəyi hardan istəsə oradan keçən piyadaların məsuliyyətsizliyi və başqalarını misal çəkmək olar. Lakin, bunlarla yanaşı sürücüləri narahat edən bir məqam da var ki, bu avtomobillərin qanunsuz yerə cərimə meydançasına aparılması ilə bağlıdır.
Bir çox sürücü avtomobillərinin qanunsuz halda cərimə meydançasına aparılmasından narazılıq edir. Hətta, bununla bağlı sosial şəbəkələrdə onlarla video və postlar da var. Buna səbəb isə sözügedən məkanlardan avtomobili çıxarmaq üçün əlavə ödənişin tələb olunması, buraxılış vərəqəsi almaq üçün kilometrlərlə məsafələr qət edilməsi, burada təmir və ya nasazlığın aradan qaldırılması üçün hər hansı şəraitin olmamasıdır.
Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?
Avtomobilin cərimə meydançasına getməsi İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin 1-ci bəndi ilə tənzimlənir. 7 maddədən ibarət bu bəndin ən çox müzakirələrə səbəb olanı 96.1.5-dir.

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
Yol polisləri avtomobildə gördükləri hər xırda şeyi "əlavə avadanlıq" kimi qələmə alaraq maşını müvəqqəti duracağa aparılmasını tələb edirlər. Halbuki, Nazirlər Kabinetinin təsdiqlədiyi bu məsələ ilə bağlı reqlamentdə avadanlıqların nümunəsi qeyd edilib. Reqlamentə əsasən, avtomobillərə əlavə yanacaq çənlərinin, yük yerlərinin quraşdırılması, banlarının dəyişdirilməsi və başqa bu kimi mexanizmlər əlavə avadanlıq hesab olunur. Hətta, bu avadanlıqlar üçün razılıq alınıbsa və normativ tələblər pozulmursa belə halda da avtomobil cərimə meydançasına aparılmır.
Yəni, işığın yanmaması, spoiler, bufer, sükan başlığı, normativləri pozmayan səsboğucu başlığı, asqı yayları, avtoxuliqanlıq, katalizatorun olmaması və başqa buna bənzər hallar cərimə meydançasına aparılmaq üçün səbəb deyil.
Bir sözlə avtomobilin yuxarıdakı maddəyə əsasən cərimə meydançasına aparılması üçün normativ tələblər pozulmalıdır. Normativ tələblərin pozulması ilə gözlə, əyilib baxmaqla, "qaz ver qulaq asım" deməklə yox, Yol hərəkəti haqqında qanunun 83-cü maddəsinə əsasən xüsusi texniki cihazlar vasitəsi ilə müəyyənləşdirilməlidir. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Ümumiyyətlə isə, yol hərəkəti haqqında qanunun 85-ci maddəsinin qeydinə əsasən nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.
Qayda pozuntusu varsa bununla bağlı protokol tərtib edilməli və bir nüsxəsi sürücüyə təqdim olunmalıdır. Protokol təqdim olunandan sonra isə sizin bununla bağlı şikayətiniz yaranarsa məhkəməyə müraciət etmək ixtiyarınız var.
Yol polisi əməkdaşı sizi nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıb və həmin hallar aradan qaldırılanadək müvəqqəti duracağa göndərərkən nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilməli, onun birinci nüsxəsi protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.
Yollarda qaydalara riayət etmək hər bir kəsin borcudur. Çünki, bu qaydalar bizim və başqalarının təhlükəsizliyi üçün hesablanıb. Lakin, hüquqlarını bilməyən şəxslərin bəzi yol polisi əməkdaşları tərəfindən incidilməsi, qanuna zidd hərəkətlər, rüşvət və başqa neqativ hallar yolverilməzdir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Əli Əsədovdan mühüm qərar
XƏBƏR LENTİ
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)





