Cəmiyyət

Cavid Allahverdiyev vəfat etdi

4 Fevral 2023 07:35
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, gecə saatlarında anidən 42 yaşında dünyasını dəyişib.

Məlumata görə, C.Allahverdiyevin vəfatına onun səhhətində yaranan ani narahatlıq səbəb olub.

Qeyd edək ki, Cavid Allahverdiyev 17 fevral 1981-ci ildə Bakıda anadan olub. O, 2004-cü ildən güləş üzrə hakimliyə başlayıb. 2009-cu ildən sərbəst güləş üzrə Birinci dərəcəli hakim kimi fəaliyyət göstərib. Bir sıra idman jurnallarında da çalışan C.Allahverdiyev 2015-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvü idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.