Cəmiyyət

Zibil atarkən ehtiyalı olun - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

3 Fevral 2023 21:53
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məişət tullantılarının zibil qutularına tullanmaması anti-sanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur.

Ölkə qanunvericiliyinə əsasən istehsalat və məişət tullantıları haqqında qanunun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları urnalara atılmalıdır.

Milli.Az bildirir ki, bu tullantıların kənar yerlərə atılması və ya basdırılması qadağandır.

Əfsuslar olsun ki, bu qanuna əməl etməyən və etinasız yanaşan şəxslərə rast gəlinir. Bu şəxslər bir çox hallarda unudur və ya qanundan xəbərsiz olur ki, onları etdikləri əmələ görə cərimə gözləyir.

Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. /Baku.ws

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.