Cəmiyyət

"İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün 50 milyon ayırmışdı" - VİDEO - FOTO

2 Fevral 2023 15:29
Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün 50 milyon vəsait ayırmışdı.

Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

"O dövrdə təhlükəsizlik orqanı çox unikal bir tədbir keçirdi. Bu zaman şifrələnən mətnlər stolun üzərində göndərilməyə hazırlanan məlumatlar var idi. Onda artıq bu müşahidçilərin sülhsevər yox, düşmənçilik faəliyytəi ilə məşğul olduqları bilindi. Bu İran üçün şok idi. Onlar çox xahiş etdilər yalvardılar ki, bunu ictimailəşdirməyək. Onlar ən azında erməniyə dəstəyi dayandırıb Azərbaycana dəstək göstərəcəyik dedilər. Təbii ki, bu yalan idi onlar yenə düşmənçilik faəliyyətini davam etdirdilər", - deyə o bildirib.

S. Heydərov həmçinin əlavə edib ki, həmin dövrdə şifrlənmiş mətnlərdə Azərbaycanda İslam partiyasının inkişaf etdirilməsi və Azərbaycanda islam dövlətinin qurulması üçün İrandan aldığı təlimat fəaliyyət və burdakı vəziyyətin onlara çatdıırlması ilə bağlı kifayət qədər məlumat aşkarlanıb.

"Artıq o dövrdən bildik ki, İran bizim üçün kimdir. Hətta həmin dövrdə Azərbaycanda parlament seçkiləri yaxınlaşırdı. Bunların yazılarında aşkarlandı ki, Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün İran tərəfindən milyonlarla dollar vəsait ayrılmışdı. Nəhayət Ulu Öndərin dövründə, onun səylərindən sonra onlar ölkədən çıxarıldı. O cümlədən İslam partiyası ilə bağlı da onların istintaqı, məhkəməsi zamanı bizə qarşı çox ciddi təhdidlər vardı. İran istəyirdi ki, Azərbaycan zəifləsin, Azərbaycan kimi dövlət tamamilə xəritədən silinsin", - deyə o, əlavə edib.

Müsahibənin tam versiyasını təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.