Cəmiyyət

Kəfənin qiymətində artım yoxdur? - Məşhur aparıcıdan etiraz

31 Yanvar 2023 21:58
Baxış: 3 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Jalə Həsənli öz feysbuk hesabında qiymət artımlarını şərh edib.

Jurnalistin şərhini təqdim edirik:

Metro və sərnişindaşıma xidməti göstərən avtobuslarda gediş haqqı artırıldı!

Metroda qiymət 1 gediş üçün 40 qəpik, şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobuslarda məsafədən asılı olaraq 40 qəpik və ya 1 manat təsdiq edildi.

Qərar 3 fevral 2023-cü ildən qüvvəyə minir!

Nə deyirsiniz, bundan sonra piyada gəzməyə alışdıraq özümüzü? Çox gəzmək də olmur, hava soyuq, virus da çox. Sonra xəstələnsək dərman da ala bilməyəcəyik. Çünki onların da qiyməti qalxdı. 31 dərman vasitəsi bahalaşdı. Heç nə, nənəm demiş, yıxıl, öl!

P.S Kəfənin qiymətində artım yoxdur??

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.