QMİ bugünkü terrorla bağlı bəyanat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı bəyanat yayıb.
QMİ-dən verilən məlumata görə bəyanatda deyilir:
"Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Müstəqil Azərbaycanın suveren ərazisinin - Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.
Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən - dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.
Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.
Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaq.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
XƏBƏR LENTİ
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)





