Cəmiyyət

Fikrət Məmmədov rəisi işdən çıxardı

20 Yanvar 2023 13:27
Baxış: 2 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub. 

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.