Cəmiyyət

“Hyundai”la qəbiristanlığa oğurluğa gələn şəxs saxlanıldı

24 Dekabr 2022 20:22
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllıda qəbiristanlıqdan oğurluğa cəhd olunub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə dekabrın 23-də İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlığı "Hyundai" markalı avtomobili ilə oğurlamağa cəhd göstərən şəxs İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ziliyev olması müəyyən olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.