Cəmiyyət

Zaqatalada 3 yaşlı uşağı it dişlədi

20 Dekabr 2022 21:58
Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada 3 yaşlı uşağı it dişləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Faldar kəndində qeydə alınıb.

Belə ki, üz nahiyəsindən it dişləməsi nəticəsində üç yaşlı uşaq ağır xəsarətlər alıb.

Hadisə ilə əlaqədar 2019-cu il təvəllüdlü Əliyev Rəvan Şərif oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Aldığı xəsarət dərin olduğu üçün onun üzündə cərrahi əməliyyat keçirilib və quduzluq əleyhinə peyvənd olunub.

Hazırda yaralıının müalicəsi  xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.