Cəmiyyət

Mingəçevirdə uşaq bağçasının istilik sistemi niyə işləmir? - VİDEO

12 Dekabr 2022 23:52
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə fəaliyyət göstərən 16 saylı körpələr evi- uşaq bağçasının istilik sistemi işləmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, soyuq havada istilik sisteminin işlək olmaması körpələri çətin vəziyyətə salıb.

Bağçada istilik sistemi hələ ötən ildən öz fəaliyyətini dayandırıb. Ona görə də soyuqdan qorunmaq üçün bağçada elektrik qızdırıcılarından və kondisenerlərdən istifadə edilir. Amma belə halda da otaqları normal qızdırmaq mümkün olmur. Valideynlər bildirirlər ki,uşaqları burada xəstələnirlər.

16 saylı bağçada yaranmış vəziyyətlə bağlı adiyyəti qurumun mühəndisləri baxış keçirib, amma sıradan  çıxmış istilik sistemi hələ də düzəlməyib.

Mövzu ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarsinin Mingəçevir Şəhər Təhsil sektorundan şifahi olaraq bildirildi ki, bağçadakı vəziyyətlə bağlı  aidiyyəti üzrə məlumat verilib. Yaxın vaxtlarda problemlər aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.