“Kremlin Vardanyanı separatçıların başına gətirməsimin səbəbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan ərazisinin təxminən altıda birini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları artıq təsdiqini tapır. Deməli, Kreml nə vaxtsa həmin separatçı "müdafiə ordusu"nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Bəs görəsən, bu, hansı məqamda baş verə bilər?
Milli.Az xəbər verri ki, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib.
"Bəli, Rusiya "sülhməramlıları" adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda bəhs edilən Azərbaycan ərazisinin Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma "dağlıq Qarabağ respublikası" kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhqid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və həmçinin, silahlandırmanı da kənara qoyaq, yada salaq ki, həmin bədnam 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın "sülhməramlı"larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir..."
Ərəstun Oruclu Putin rejiminin Qarabağdakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin əsl hədəflərindən bəhs edib.
"Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və məqsəd, dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdən ibarətdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutulubdur. Bu, birmənalıdır..."-deyə siyasi analitik vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur





