Cəmiyyət

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

7 Noyabr 2022 20:27
Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib.

Milli.Az "report"a istinadən bildirir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb:

"Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi Azərbaycan torpağı olaraq öz təsdiqini tapmışdır. Mən öz növbəmdə idmançı və məşqçi kimliyimlə deyil, böyük Azərbaycan xalqının kiçik bir övladı kimi həm 8 noyabr şanlı qələbəmiz, həm də 9 noyabr - Bayraq Günü münasibətilə xalqımızı təbrik edirəm. "Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir". Bu vəsilə ilə Vətən uğrunda can alıb, can verənləri yad edib şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Yaşasın Azərbaycan!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.