Cəmiyyət

PPX əməkdaşının halı pisləşdi: Qəza törətdi

6 Noyabr 2022 21:19
Baxış: 791
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsmayıllı rayonunda Post Patrul Xidməti avtomobili qəzaya düşüb.

Sükan arxasında olan polis əməkdaşı Rauf Dadaşovun halı pisləşib və idarəetməni itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti avtomobilinin sürücüsü, polis serjantı R.Dadaşovun sükan arxasında qəflətən halı pisləşib və nəqliyyat vasitəsi yolun kənarında dayanan iki avtomobilə toxunub:

"Hadisə nəticəsində xəsarət alan olmasa da, halı pisləşən polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.