Cəmiyyət

Bu rayonlara qar yağdı

6 Noyabr 2022 20:47
Baxış: 2 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın bəzi rayonlarına qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Qar örtüyünün hündürlüyü:  Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1sm olub.

Düşən yağıntının miqdarı:  Qrızda 22.0 mm (aylıq normanın 77%-i), Şabranda 16.0 mm (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 mm (aylıq normanın 32%-i), Qusarda 15.0 mm (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i), Ləzədə 12.0 mm, Şəki, Zaqatalada 9.0 mm, Xınalıq, Qəbələ, Altıağac, Xaltanda 6.0 mm, Şahdağ, İsmayıllı, Ağsu, Oğuzda 5.0 mm, Şamaxıda 4.0 mm, Balakən, Qobustanda 3.0 mm, Daşkəsən, Naftalan, Şəmkir, Gəncə, Gədəbəy, Tovuz, Göyçay, Zərdab, Hacıqabul, Mingəçevir, Cəfərxanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 13.0 mm (aylıq normanın 47%-i), Maştağada 7.0 mm, Bakıda 6.0 mm, Binə, Pirallahıda 5.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi Salyan, Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 26 m/s, Neft Daşlarında 22 m/s, Çilov adası, Qumyataq, Pirallahında 20 m/s, Maştağada 18 m/s, Binədə 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.