Cəmiyyət

Parkda pandus dərdi: İnsanlar çətinlik çəkirlər - VİDEO

31 Oktyabr 2022 18:28
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt ərazisində yerləşən parkların birindən fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə gəzən sakinlər istifadə edə bilmirlər. Buna səbəb isə onların hərəkəti üçün quraşdırılmış pandusdur. Pandus elə inşa edilib ki, ümumiyyətlə istifadəyə yararsızdır. Məsələyə rəsmi qurum da münasibət bildirib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, uşaq arabasını yuxarı qaldırmaq üçün dəfələrlə cəhd  edir. Ana nə qədər səy göstərsədə, körpə uşağı ilə yuxarı qalxa bilmir.

Bura Paytaxtın  Azadlıq Prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkdır. Parkın pilləkənlərində nəzərdə tutulmuş pandus düzgün tikilməyib. Bu isə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların və uşaq arabası ilə olan şəxslərin  hərəkətində çətinliklər yaradır.
Bu hal paytaxt sakinlərini də narahat edir.

Bəzi sakinlər isə iddia edir ki,umumiyyətlə o pandusdakı pilləkənlər artıqdır.

Ekspertlər isə bildirir ki,pilləkən sayı az olan yerlərdə dəmir məhəccərlərə ehtiyac yoxdur. Digər  ərazlərdəki panduslarda isə pilləkənlər içəridə olmalıdır.

Məsələ ilə əlaqədar Nəsimi rayon icra hakimiyyətindən isə bildirildi ki, əraziyə baxış keçirildikdən sonra problemin həlli istiqamətində işlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.