Cəmiyyət

Azərbaycanda insanlar çiplənəcək? - VİDEO

19 Oktyabr 2022 17:16
Baxış: 2 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dərinizin altına mikroçip taxaraq bəzi xidmətlərdən daha rahat yararlana biləcəksiniz.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, texnoloq Aqil Ömərli belə bir cihazı təcrübədən keçirdiyini deyir. Belə ki, mikro cihaz vasitəsilə ödəniş etmək, səhiyyəmüəssisələri, fitnes zallarıvə mehmanxanalarda qeydiyyatdan keçmək, həmçinin nəqliyyat xidmətlərindən yararlanmaq mümkün olacaq. Çipi Azərbaycanda ilk dəfə öz üzərində sınaqdan keçirən texnoloq bildirir ki, qurğu xüsusilə əlliliyi olan şəxslər üçün nəzərdə tutulub. Çünki O özü də keçirdiyi qəza nəticəsində bir müddət əllərindən istifadə edə bilməyib. Bununla belə cihazın imkanlarından hər kəs yararlana bilər. 

Aqil Ömərli deyir ki, çiplər əsasən əzələ daxilinə yerləşdirilir.

Mütəxəssis çipin yalnız şəxsin özü tərəfindən idarə oluna biləcəyini deyir. Cihaz müvafiq şifrələmə sayəsində yalnız şəxsiyyət vəsiqəsi və ikili təsdiqləmə protokolundan sonra aktivləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.