Cəmiyyət

Zeynəb Hüseynovaya vəzifə verildi

4 Oktyabr 2022 11:58
Baxış: 1 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zeynəb Hüseynova "Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

O, bu gündən işə başlayıb.

Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.

Tibb üzrə fəlsəfə doktorudur.

Daha öncə "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.