Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər "Elektron ərizə"lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.
Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ali məktəblərə ərizə qəbulu başlayır
9 Aprel 2012 14:16
0 Şərh
Baxış: 525

DİGƏR XƏBƏRLƏR
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Günün qoroskopu:
-
Bayramda rayona gedənlərin DİQQƏTİNƏ
-
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır
XƏBƏR LENTİ
-
Bu şəxslər qurban kəsə bilməz - AÇIQLAMA
-
İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi
-
Azərbaycanın minalar və partlamamış hərbi sursatlar problemi Nepal mediasında
-
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA
-
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
-
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
-
Şəkidə arvadını öldürən tutuldu
-
İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi
-
Əməkdar artist vəfat etdi - FOTO
-
Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB
-
Uşaqlarının gözü önündə analarını öldürdü
-
Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub - FOTO
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Kürü istehsalında rekord artım: Hamı dada biləcək?
-
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Kiyevi raketlə vurdular: ölənlər və yaralananlar var - FOTO
-
Bir sıra bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI
-
"Bu məni maraqlandırmır" - QMİ sədri
-
"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməkdən imtina edir" – Rusiya rəsmisindən sərt açıqlama
-
“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi