Cəmiyyət

Avtobusların öz zolaqlarından kənara çıxmaları tıxaclara səbəb olur - VİDEO

24 Sentyabr 2022 13:29
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobusların öz zolaqları ilə getməməsi digər hərəkət iştirakçılarına mane olur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 3 zolaqlı yolun hər zolağında bir avtobus saxlayır və ya hərəkət edir ki, bu da tıxaca səbəb olur.

Əksər minik avtomobillərinin sürücüləri isə haqlı olaraq bu haldan narazıdırlar. Onlar bildirirlər ki, avtobuslar bir çox hallarda öz yolları ilə getmirlər. Amma bu halın baş verməsində minik avtombillərini günahlandıran sürücülər də olub.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qayda pozuntusu hesab olunur, amma avtobusların digər zolağa daxil olmasında hər hansı məhdudiyyət yoxdur.

Bununla belə, polis mayoru Araz Əsgərli avtobusların onlar üçün nəzərdə tutulan zolaqlarla hərəkət etmələrini tövsiyə edir. Onun sözlərinə görə, belə olduqda yollarda sıxlıq da azalmış olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.