Cəmiyyət

Bakıda sakinlər bu zavodun fəaliyyətindən narazıdırlar - VİDEO

20 Sentyabr 2022 18:36
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toz-duman əlindən piyadalar yolda çox çətinliklə hərəkət edirlər. Çınqıl-beton qırıntıları yol boyu ətrafa yayılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Araz küçəsindən gedir.

Sakinlər iddia edirlər ki, təxminən 1 ildən çoxdur ərazidə sement zavodu fəaliyyətə başlayıb. Hər gün zavoda qumdaşıyan, betonqarışdıran maşınlar girib-çıxdığından belə mənzərə yaranır.

İddialara görə, dəfələrlə zavoda müraciət etsələr də, nəticəsi olmayıb.

Sakinlərin sözlərinə görə, hər gün yollar toz-dumana büründüyündən övladlarını məktəbə taksi ilə aparıb- gətirirlər. Bu isə maddi cəhətdən sərfəli deyil. Bundan əlavə, onların səhhətində müəyyən problemlər baş qaldırıb.

Məsələ ilə bağlı sözügedən zavoddan bildirilib ki, sakinlərin müraciəti əsasında yol bir dəfə təmizlənib. Ondan sonra müəssisəyə heç bir şikayət daxil olmayıb.

''Sakinlərin müraciətləri olarsa ərazidə təmizlik işləri aparılacaq'',- deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.