Cəmiyyət

Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı öldü

6 Sentyabr 2022 23:00
Baxış: 2 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

Milli.Az Apa.az-a istinadən xəbər verir ki, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.