Cəmiyyət

“Ağalı kəndinə daha 25 ailə köçürüləcək”

1 Sentyabr 2022 08:40
Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Real tv"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: "41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.