Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, "Təbrizin sehrli nağılları" kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.
Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. O, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyirdi.
Milli.Az