Cəmiyyət

Saatlıda su böhranı: bəzi sakinlər Orta Muğan kəndini tərk edirlər - VİDEO

15 Avqust 2022 17:15
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı rayonu, Orta Muğan kəndində su böhranı yaşanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənddə vəziyyət kritik həddə çatıb.

Sakinlərin sözlərinə görə, iki ildir kanallar su görmür.

Bəzi ailələr suya görə kəndi tərk etmək məcburiyyətində qalıblar.

Kənd sakinləri deyirlər ki, artıq maşınlarla alınan su da çatmır. Vəziyyət o yerdədir ki, yeraltı sular da quruyub. Son illər nə qışda, nə də yayda kəndə su gəlir.

Kəndlilərin əkdikləri sahələr də susuz qalıb. Məhsuldarlıq xeyli aşagı düşüb.

Sakinlər məcburiyyətdən şor sudan suvarmada istifadə edirlər. Bu da sahələri məhv edir.

Rayon suvarma sistemləri idarəsindən bildirilib ki, bu ərəfədə suya olan təlabat çoxdur. Ona görə də uzaq kəndlərə suyun çatdırılmasında problem yaranıb.

Bu arada, kəndə qonşu olan Sabirabad ərazisində su olmasına baxmayaraq kanalların qabağı kəsilib. Hazirda danışıqlar aparılır ki, Sabirabaddan gələn suyun qarşısı kəsilməsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.