Cəmiyyət

İtkin düşmüş hərbçimiz Azərbaycana təhvil verildi

3 Avqust 2022 07:07
0 Şərh     Baxış: 1 236

Ermənistan Silahlı Qüvvələri 10 gün əvvəl itkin düşmüş hərbçimiz Kamiz İbayevi Azərbaycan tərəfinə təhvil verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Qeyd edilir ki, İbayev Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib.

Xatırladaq ki, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics