Bakıda ailə faciəsi törədən şəxsə ağır cəza verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda arvadını öldürüb, qayını ilə qayınanasını bıçaqla yaralayan şəxsə hökm oxunub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sözügedən hadisə bu ilin fevralın 28-də Bakının Xətai rayonunda qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Bəxtiyar Məmmədov yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, o, Ülkərlə 2009-cu ildə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən iki qız övladı dünyaya gəlib. Bəxtiyarın sözlərinə görə, əvvəllər aqlay-mərmər ticarəti ilə məşğul olsa da, 2015-ci ildə devalvasiyadan sonra işləri dayanıb. 2020-ci ildən etibarən isə heç bir iş görməyib. Bu səbəbdən həyat yoldaşı ona işləməməsini, pul qazanmamasını irad tutub və bu səbəbdən evdən getməsini istəyib.
Bəxtiyarın iddiasına görə, hadisə baş verdiyi gün evdən sabah getməsi üçün vaxt istəsə də, qayınanası buna qarşı çıxıb. Nəticədə tərəflər arasında gərginlik pik həddə çatıb və o, işlətdiyi ifafələrə görə qayını tərəfindən yumruq zərbəsinə tuş gəldiyini bildirib. Bundan sonra Bəxtiyar qayını Heydər Hacıyevi bıçaqlayıb, ardınca onun üzərinə gələn qayınanasına xəsarət yetirib. Davamında isə həyat yoldaşı Ülkəri bıçaqla vurub.
Bəxtiyar Məmmədov evdən çıxıb iki gün küçədə gecələdikdən sonra Bakı Şəhər Baş Polis İdarəsinə gedərək törətdiyi cinayət əməli barədə məlumat verib və polisə təslim olub.
Qeyd edək ki, qətlə yetirilən Ülkər Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DÇ-2026 FIFA-ya rekord qazanc gətirdi
-
Türkiyədə ağır qəza: 19 yaralı
-
Tovuzda fərdi evdə yanğın oldu
-
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
-
Ukrayna ordusu Rusiyanın iki tankerini vurdu
-
Ən problemli sürücülər bu avtomobili sürür
-
Yeni mövsümün maraqla gözlənilən serialı “Anne yarısı”ndan yeni xəbər
-
Bakının Sabunçu rayonunda yanğın
-
Əmrah Dadaşov vəfat etdi
-
Qarabağ kanalında 59 yaşlı kişi batdı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - (Video)
-
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
-
ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir
-
"Facebook"un işində nasazlıq yarandı
-
İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
İran yenidən Küveytə raket və PUA hücumu etdi
-
Rusiyada oktyabrdan ərzaq vauçerləri tətbiq oluna bilər
-
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
-
İranda güclü zəlzələ oldu
-
"Azərsilah"ın poliqonunda yanğın oldu
-
Kiyevdə raket hücumu: Azərbaycanın səfirliyinə ziyan dəydi
-
Pentaqonun gizli sənədlərində yadplanetlilərə dair sübutlar ola bilər
-
Hava dəyişdi: Dağlıq rayonlarda leysan, Bakıda güclü külək





