Cəmiyyət

Cəmil Həsənli Milli Şuradan gedir

30 İyul 2022 10:28
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Cəmil Həsənli bu barədə İngiltərədə BBC Azərbaycanca-ya müsahibəsində bildirib.  

"Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən", - deyə Cəmil Həsənli qeyd edib.

O, həmçinin vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.