AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu.
Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbatat bağı, AMEA-nın təsərrüfat hesablı 5 elmi xidmət müəssisəsi, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyinin tabeliyinə verilib. Təhsil Nazirliyi isə Elm və Təhsil Nazirliyinə çevrilib.
Ümumilikdə Elm və Təhsil Nazirliyinə AMEA-ya daxil olan 37 struktur birləşib.
Milli/.z axar.az-a istinadən bildirir ki, AMEA-nın daha 3 qurumu - Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi isə əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
AMEA-nın tərkibində cəmi 11 institut, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana və "Elm" Nəşriyyatı qalır. Yəni yalnız humanitar sahələrin birləşməsindən AMEA yaranmış olur.
Humanitar sahələr bütün dünyada əsasən dövlətin dotasiyası ilə çalışır. Yalnız bu sahənin AMEA-da saxlanılması isə o deməkdir ki, Milli Elmlər Akademiyası əvvəlki bütün statusunu itirərək, yalnız dövlətin dotasiyası ilə tarix, ədəbiyyat, etnoqrafiya, şərqşünaslıq, dil və s. sahələrdə araşdırmalarla məşğul olacaq.
AMEA-dan artıq özünü maliyələşdirən qurum olması tələbləri də səsləndirilməyəcək.
AMEA-nın bundan sonra təcrübə aparmaq üçün Azərbaycanın müxtəlif ərazilərindəki əkin sahələri və bağlara, texnoloji parklara, laboratoriyalara və s. ehtiyacı yoxdur. Bütün bu strukturlar Elm və Təhsil Nazirliyinin balansına verilib.
Təhsil Nazirliyi dövlətdən külli miqdarda dotasiya alan qurumların önündə gəlir. Ancaq bu islahat Elm və Təhsil Nazirliyinə həm də qazanmaq fürsəti verilir. Belə ki, AMEA-dan alınaraq, nazirliyin tərkibinə verilən qurumların nəinki özünü dolandırmaq, həm də ciddi qazanc əldə etmək imkanı var. Bu isə Elm və Təhsil Nazirliyinə bütövlükdə dövlətdən dotasiyanı azaltmaq imkanı yarada bilər.
AMEA strukturları üçün büdcədən ayrılan külli miqdarda vəsaitə də bu islahatla qənaət edilmiş olacaq. Artıq irihəcmli bina və komplekslərin saxlanılmasına ehtiyac yoxdur, humanitar sahədə çalışan əməkdaşları da stimullaşdırmaq, daha yığcam komanda ilə daha məhsuldar iş görmək mümkündür.
Ən ciddi islahat isə qarşıdadır. Belə ki, AMEA-nın Rəyasət Heyətində çox böyük struktur vardı: prezident və vitse-prezidentlər, ayrı-ayrı sahələr üzrə akademik-katiblər və onların dəftərxanaları, elmi katiblər və s. "Rəyasət Heyəti aparatının idarələri"...
Böyük bir idarəetmə mexanizminə artıq heç bir ehtiyac qalmır. Hazırda 11 humanitar sahə üzrə ixtisaslaşan institutların fəaliyyətini koordinasiya etmək lazımdır, vəssalam. Demək, böyük bir inzibati və yalnız administrativ yük gətirən aparatı saxlamağa qəti ehtiyac yoxdur.
Nəzərə alın ki, AMEA Rəyasət Heyətində böyük bir aparat cəmləşmişdi. İndi bu struktura qəti ehtiyac yoxdur.
Həmçinin AMEA-nın akademik və müxbir üzvləri də sanki bir ayrı və geniş strukturdur. Təxminən 200 nəfərə yaxın akademik və müxbir üzvlər yalnız bu ada görə böyük məbləğdə aylıq alırlar.
İndi isə AMEA-nın tərkibində 200 akademik və müxbir üzv saxlamağa qəti ehtiyac olmayacaq. Həm də ona görə ki, dəqiq elmlər üzrə alimlər humanitar sahənin cəmləndiyi AMEA-da niyə akademik adına layiq görülməlidir?
Bu elmi titulla bağlı da yəqin ki, müəyyən reform həyata keçiriləcək.
Ümumilikdə isə dünyada keçmiş sovet ölkələrində təsəvvür edilən statusda akademik yoxdur. ABŞ-ın özündə belə hansısa akademiyanın üzvü olmaq illik abunə ilədir və həmin akademiyanın üzvlərinə xüsusi güzəştlər də tanınmır. Alimlər yalnız elmi araşdırmaları, patentləşdirdikləri ixtiraları ilə qazanırlar və həm də çox yüksək məbləğlər əldə edirlər.
Keçmiş sovet ölkələri içərisində bu köhnə ənənədən xilas olanların önündə Gürcüstan gəlir. Gürcüstan artıq çoxdan Elm və Təhsil Nazirliyi yaradıb və təsəvvür etdiyimiz EA orda fəaliyyət göstərmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir





