"Görünür, bu cür mübarizə effektiv olmayıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Konstitusiyasında, Prokurorluq və yeni qəbul olunmuş "Media haqqında" qanunda hərbi və dövlət sirri olan informasiyanın yayılması yasaqlanmışdır. Bu məsələ həm qanunla, həm də jurnalistlərin peşə davranış qaydaları ilə tənzimlənir. Çünki hər bir jurnalist həm vətəndaş, həm dövlət, həm də xalq qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən istinad olunmayan, mənbəsi düzgün göstərilməyən, tam araşdırılmayan və yayılması qadağan olan informasiyanın ictimailəşdirilməsi yolverilməzdir. Bu kimi hallar Azərbaycan dövlətinin sarsılmasına yönəlikdir və kiminsə sifarişi əsasında həyata keçirilir. Hətta deyərdim ki, bu, bir diversiyadır.
Bunu Trend-in sualına cavabında "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
O bildirib ki, medianın özü həm də mənəvi-psixoloji bir silahdır: "Yəni hər hansı informasiya bir insana zərər verib, kiminsə psixologiyasını pozub, onu depresiyyaya salacaqsa, bu, cinayət sayılır. Ona görə də cinayət törədən şəxs cəzasız qalmamalıdır".
B.Quliyev mediada və sosial şəbəkələrdə Milli Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı da məsələyə münasibət bildirərək deyib ki, ordu ilə bağlı istənilən mövzuda diqqətli olmaq lazımdır.
"Rəsmən təsdiq edilməmiş məlumatı yaymaq düzgün deyil. Kiminsə subyektiv fikrinə, baxışlarına əsaslanan formada ordu haqqında informasiyaların yayılmasının əleyhinəyəm. Rəsmi məlumatların mətbuatda səsləndirilməsi daha məqsədəuyğundur. Amma təbii ki, Müdafiə Nazirliyinin özü və aidiyyəti qurumları operativ olmalı, lazımi məqamda lazımi məlumatı yaymalıdır. Elə məqamlar var ki, məlumatın 1 saat gec və ya tez verilməsi də prosesə təsir edir. Amma istənilən halda ordu ilə bağlı sayt və qəzetlərdə fərdi yanaşmanın deyil, rəsmi məlumatın verilməsi daha məqsədəuyğundur", - deyə bildirib.
O, "reket jurnalistika" barəsində də məsələyə toxunaraq əlavə edib ki, "reket mətbuatı"na qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə cəmiyyətin özü mübarizə aparmalıdır.
"Bu baxımdan, hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən şərəfsizcəsinə istifadə edənlər qanun qarşısında cavab verməlidirlər. Biz vaxtilə bu cür fəaliyyət göstərən "mediaya" qarşı ictimai rəydən istifadə etmək istədik, "qara siyahılar" tərtib olundu. Amma, görünür, bu cür mübarizə effektiv olmayıb. Əvvəllər məmur savadsızlığı bu işə daha cox imkanlar yaradırdı. İndi vəziyyət bir qədər dəyişib. "Reket jurnalistika"sı artıq amörf bir kütlə olaraq formasını dəyişib.
Düzdür, bununla bağlı Mətbuat Şurası müvafiq addımlar atıb və atır. Zaman-zaman müəyyən faydası da olub. Lakin dövlətin daha sərt addımları olmalı, habelə biz də bu sahədə cəmiyyəti maarifləndirmək səylərimizi xeyli artırmalıyıq. Habelə, bu sahədə qanunda olan boşluqlar da öz həllini tapmalıdır. Bu istiqamətdə MEDİA Agentliyinin başlatdığı fəaliyyətin uğurlu olacağını düşünürəm. Hesab edirəm ki, MEDİA Agentliyinin öncüllüyündə hazırlanan yeni qanun layihəsindən sonra reketlərə ağır zərbə dəyəcək. Bu qanunun müddəaları onların hərəkətini iflic edəcək və jurnalistikamız bu iyrənc məxluqlardan xilas olacaq", - deyə o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





