Cəmiyyət

Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

23 İyul 2022 08:48
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai, Xəzər və Nərimanov rayonlarında yol qəzaları zamanı üç piyada ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələrin hər üçü də yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.

Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.

Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.

Bakı Nəqliyyat Agentliyinin qarşısında - yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.