Cəmiyyət

Qaxda bir ailənin üç üzvü qəzaya düşüb

14 İyul 2022 23:37
0 Şərh     Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini Harun Fərid Bəxtiyar oğlunun idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Qax rayon sakini Davudov Alqış İbrahim oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan sürücülər və "VAZ 2107" markalı avtomobildə olan sərnişinlər - sürücünün ailə üzvüləri Ayşad Davudova və ailənin yetkinlik yaşına çatmayan övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.